Xəbərlər
Xətai rayonu 188 nömrəli körpələr evi–uşaq bağçasında İlk Həmkarlar İttifaqı Təşkilatının sədri vəzifəsinə seçki keçirilib

İyulun 7-də ETİHİ Xətai Rayon Komitəsinin xidmətinə daxil olan Bakı şəhəri Xətai rayonu 188 nömrəli körpələr evi–uşaq bağçasında İlk Həmkarlar İttifaqı Təşkilatının sədri vəzifəsinə yeni seçki keçirilib.
Tədbirdə əvvəlcə bağçanın kollektivi ilə tanışlıq olub, daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) məqsəd və vəzifələri, üzvlərə təqdim etdiyi sosial müdafiə mexanizmləri, hüquqi təminatlar və həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Görüş zamanı ETİHİ tərəfindən son iki il ərzində üzvlərin rifahının yüksəldilməsi, sosial təminatının gücləndirilməsi, hüquqlarının müdafiəsi, sağlamlıq, istirahət, təlim və digər istiqamətlərdə həyata keçirilən layihələr, yaradılmış imkanlar və görülmüş işlər barədə geniş təqdimat edilib.
Daha sonra yaş həddi ilə əlaqədar əmək fəaliyyətini başa vuran və İlk Həmkarlar İttifaqı Təşkilatının sədri kimi uzun illər səmərəli fəaliyyət göstərmiş Hüseynzadə Gülnarə xanıma pedaqoji və ictimai fəaliyyətinə görə təşəkkür ifadə olunub. Onun həmkarlar ittifaqı hərəkatının inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilərək ETİHİ Xətai Rayon Komitəsinin sədri tərəfindən Fəxri Fərman təqdim edilib və gələcək həyatında möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulanıb.
Ardınca İlk Həmkarlar İttifaqı Təşkilatının yeni sədrinin seçilməsi məqsədilə səsvermə keçirilib. Kollektiv tərəfindən namizədliyi irəli sürülmüş Feyzullayeva Nərminə xanım üzvlərin etimadını qazanaraq səs çoxluğu ilə müəssisənin İlk Həmkarlar İttifaqı Təşkilatının yeni sədri seçilib.
ETİHİ Xətai Rayon Komitəsi olaraq yeni seçilmiş sədri səmimi-qəlbdən təbrik edir, ona gələcək həmkarlar ittifaqı fəaliyyətində uğurlar, yeni nailiyyətlər və məsuliyyətli işində müvəffəqiyyətlər arzulayırıq.








