Xəbərlər
Xətai rayonu 222 nömrəli körpələr evi–uşaq bağçasında İlk Həmkarlar İttifaqı Təşkilatının sədri vəzifəsinə seçki keçirilib

Avqustun 20-də ETİHİ Xətai Rayon Komitəsinin xidmətinə daxil olan Bakı şəhəri Xətai rayonunun 222 nömrəli körpələr evi–uşaq bağçasında İlk Həmkarlar İttifaqı Təşkilatının sədri vəzifəsinə seçki keçirilib.
Tədbir çərçivəsində əvvəlcə bağçanın kollektivi ilə tanışlıq olub. Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) məqsəd və vəzifələri, üzvlərə təqdim etdiyi sosial müdafiə mexanizmləri, hüquqi təminatlar və həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Görüş zamanı ETİHİ tərəfindən son iki il ərzində üzvlərin rifahının yüksəldilməsi, sosial təminatının gücləndirilməsi, hüquqlarının müdafiəsi, sağlamlıq, istirahət, təlim və digər istiqamətlərdə həyata keçirilən layihələr, yaradılan imkanlar və görülən işlər barədə geniş təqdimat edilib.
Daha sonra şəxsi təşəbbüsü ilə vəzifəsindən ayrılan Əzimova Aynurə Malik qızının yerinə yeni sədr seçkisi keçirilib. Kollektiv tərəfindən namizədliyi irəli sürülən Əliyeva Vüsalə Zakir qızı üzvlərin etimadını qazanaraq səs çoxluğu ilə müəssisənin İlk Həmkarlar İttifaqı Təşkilatının yeni sədri seçilib.
ETİHİ Xətai Rayon Komitəsi olaraq yeni seçilmiş sədri səmimi-qəlbdən təbrik edir, ona gələcək həmkarlar ittifaqı fəaliyyətində uğurlar, yeni nailiyyətlər və məsuliyyətli işində müvəffəqiyyətlər arzulayırıq.





