Xəbərlər
Xətai rayonu 254 nömrəli tam orta məktəbdə, 2023-cü ildə keçirilmiş lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəman polis əməkdaşlarından biri – Rasim Məmmədovun anım günü qeyd edildi.

Tədbir məktəbin şəhid Rasim Məmmədovun adını daşıyan sinif otağında keçirildi. Anım mərasimində məktəbin ibtidai sinif müəllimi, şəhidin anası Xuraman Məmmədova, şəhidin atası Oktay Məmmədov, məktəb rəhbərliyi və pedaqoji kollektiv iştirak edərək şəhidin xatirəsinə ehtiramlarını bildirdilər və valideynlərinə başsağlığı verərək təsəlli dolu sözlər ünvanladılar.
Tədbirdə, həmçinin şəhidin anası Xuraman xanımın şagirdləri tərəfindən səsləndirilən vətənpərvərlik mövzusunda şeirlər hər kəsdə dərin duyğular oyatdı, fəxr və hüzn dolu anlar yaşatdı.
Biz də ETİHİ Xətai Rayon Komitəsi olaraq, hər zaman şəhidlərimizin əziz xatirəsinin yad edildiyi tədbirlərdə iştirak etməyi özümüzə mənəvi borc bilirik. Onların ailələrinin yanında olmaq, təsəlli vermək və dəstək göstərmək bizim üçün müqəddəs bir vəzifədir. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbir və dözüm arzulayırıq.





