Xəbərlər
Xətai rayonu təhsil işçiləri Bakı şəhəri üzrə keçirilən idman yarışlarında qazandıqları uğurlara görə mükafatlandırılıblar

Ötən ilin aprel–may aylarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Bakı şəhəri ümumtəhsil məktəblərinin təhsil işçiləri arasında keçirilən idman növləri üzrə yarışlarda Xətai rayonu təhsil işçiləri uğurlu nəticələr əldə ediblər.
Belə ki, rayon təhsil işçiləri stolüstü tennis idman növü üzrə I yerə, basketbol idman növü üzrə isə III yerə layiq görülüblər.
Bu gün qaliblərə ETİHİ Respublika Komitəsi tərəfindən təqdim olunan medal və diplomlar Xətai Rayon Komitəsində təşkil olunan tədbir çərçivəsində təqdim edilib. Tədbir zamanı iştirakçılar təbrik olunub, əldə edilən nailiyyətlərin təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqinə və idmana marağın artırılmasına mühüm töhfə verdiyi vurğulanıb.














