“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xətai rayonu üzrə ilk həmkarlar ittifaqı təşkilat sədrləri üçün “Nazlı Bulaq” istirahət mərkəzinə növbəti səfər təşkil olunmuşdur

11/04/2026, 11:10
xeber1

11–12 aprel tarixlərində ETİHİ Respublika Komitəsinin təşəbbüsü, ETİHİ Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə rayon üzrə təhsil müəssisələrində fəaliyyət göstərən və rayon komitəsini təmsil edən ilk həmkarlar ittifaqı təşkilat sədrləri üçün Quba rayonunda yerləşən “Nazlı Bulaq” istirahət mərkəzinə növbəti iki günlük səfər təşkil edilmişdir.

 

Səfər müddətində iştirakçılar təbiət qoynunda xoş və səmərəli istirahət etmiş, həftəsonunu mənalı və yaddaqalan şəkildə keçirmişlər. Bu cür tədbirlər onların həm mənəvi rahatlığının təmin olunmasına, həm də qarşılıqlı əlaqələrin və birliyin güclənməsinə müsbət təsir edir.

 

ETİHİ Respublika Komitəsi və ETİHİ Xətai Rayon Komitəsi ittifaq üzvlərinin sosial rifahının yaxşılaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkili və mədəni-istirahət tədbirlərinin artırılması istiqamətində mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir.

 

Səfərdə iştirak edən ilk həmkarlar ittifaqı təşkilat sədrləri onlara göstərilən diqqət və qayğıya görə təmsil etdikləri kollektivlər adından ETİHİ Respublika Komitəsinin sədrinə minnətdarlıqlarını ifadə etmişlər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: