“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xətai rayonu üzrə ilk həmkarlar ittifaqı təşkilat sədrləri üçün “Nazlı Bulaq” istirahət mərkəzinə səfər təşkil olunmuşdur

06/04/2026, 12:21
xeber1

ETİHİ Respublika Komitəsinin təşəbbüsü ilə Xətai rayonu üzrə təhsil müəssisələrində rayon komitəsini təmsil edən bir qrup ilk həmkarlar ittifaqı təşkilat sədrləri üçün 4–5 aprel tarixlərində Quba rayonunda yerləşən “Nazlı Bulaq” istirahət mərkəzinə bir gecə, iki günlük səfər təşkil olunmuşdur.

 

Səfər çərçivəsində sədrlər həftəsonunu maraqlı və yaddaqalan şəkildə keçirərək təbiətin qoynunda dincəlmiş, asudə vaxtlarını səmərəli və faydalı təşkil etmişlər. Bu cür tədbirlər onların həm mənəvi istirahətinə, həm də qarşılıqlı ünsiyyətin və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir.

 

ETİHİ Respublika Komitəsi və ETİHİ Xətai Rayon Komitəsi ittifaq üzvlərini daim diqqətdə saxlayaraq onlar üçün mədəni istirahətin və rayonlara ekskursiyaların təşkilini, eləcə də sosial rifahın yüksəldilməsi istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir.

 

İlk həmkarlar ittifaqı təşkilat sədrləri də onlara göstərilən diqqət və qayğıya görə ETİHİ Respublika Komitəsinin sədrinə öz adlarından və təmsil olunduqları təhsil müəssisələrinin kollektivləri adından səmimi təşəkkürlərini bildirmişlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: