“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xətai rayonu üzrə təhsil müəssisələrində çalışan kişi və qadınlardan ibarət həmkarlar ittifaqı üzvləri arasında nərd idman növü üzrə yarış keçirilmişdir

13/04/2026, 12:27
xeber1

Aprelin 10-da ETİHİ Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri 64 nömrəli tam orta məktəbdə Xətai rayonu üzrə təhsil müəssisələrində çalışan kişi və qadınlardan ibarət ittifaq üzvləri arasında nərd idman növü üzrə yarışlar keçirildi.

 

Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənin azadlığı uğrunda canından keçən mərd oğullarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

 

Yarışın keçirilməsində məqsəd ittifaq üzvləri arasında idmana marağın artırılması və təşviqi, eləcə də həmrəyliyin möhkəmləndirilməsi olmuşdur.

 

Gərgin keçən oyunların nəticəsində qaliblər müəyyənləşdirildi. Birinci, ikinci və üçüncü yerlərin qaliblərinə pul mükafatı və Təltifnamə, digər yarış iştirakçılarına isə pul mükafatı və Təşəkkürnamə verildi.

 

İttifaq üzvləri onlara göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinə və ETİHİ Xətai Rayon Komitəsinə minnətdarlıqlarını bildirdilər.


Tədbirin təltifetmə mərasimində Xətai Rayon İcra Hakimiyyətinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri də iştirak edirdi.

 

Yarışın keçirilməsi üçün yaradılan şəraitə və göstərilən dəstəyə görə Bakı şəhəri 64 nömrəli tam orta məktəbin direktoruna və kollektivinə ETİHİ Xətai Rayon Komitəsi adından təşəkkürümüzü bildiririk.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: