“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

05/10/2025, 18:33
xeber1

Xətai rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.


Görüşdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri, təqaüddə olan məktəb direktorları, təhsildə fərqlənən müəllimlər, şəhid anaları və tələbələr iştirak ediblər.  


Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsini sədr müavini Turanə Kərimova, şöbə müdiri Elnur Sadıqov və Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov təmsil ediblər.


Çıxışçılar müəllimləri peşə bayramı münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb və əməklərini yüksək qiymətləndiriblər. Bildirilib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hazırda təhsil sahəsinə göstərilən diqqət və qayğının əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təməl prinsiplər dayanır. Bu siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Sonda tədbirdə iştirak edən təhsil işçiləri hədiyyələr və fəxri fərmanlarla təltif olunublar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: