“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xətai rayonunda fəaliyyət göstərən məktəblərin ilk həmkarlar təşkilat sədrləri üçün Qusar rayonuna birgünlük ekskursiya-tur təşkil olunmuşdur

31/08/2026, 10:02
xeber1

29 avqustda ETİHİ Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə Xətai rayonunda fəaliyyət göstərən məktəblərin ilk həmkarlar təşkilat sədrləri üçün Qusar rayonuna birgünlük ekskursiya-tur təşkil olunmuşdur.


Səfərin əsas məqsədi həmkarlar ittifaqı fəallarının asudə vaxtlarının səmərəli və mənalı təşkil olunması, onların gündəlik iş qayğılarından uzaqlaşaraq təbiətin qoynunda dincəlmələri, eləcə də həmkarlar arasında səmimi ünsiyyətin və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsindən ibarət olmuşdur.


Tur çərçivəsində iştirakçılar Qusarın füsunkar təbiətini və gözəl mənzərələrini seyr etmiş, təbiət qoynunda xoş istirahət etmiş, maraqlı və yaddaqalan anlar yaşamışlar. Səfər həmçinin iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılması, səmimi ünsiyyətin qurulması və həmkarlar ittifaqı fəaliyyətinə dair münasibətlərin paylaşılması baxımından da faydalı olmuşdur.


Tur iştirakçıları onlar üçün yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya, eləcə də asudə vaxtlarının səmərəli və yaddaqalan təşkilinə görə ETİHİ Respublika Komitəsinə və ETİHİ Xətai Rayon Komitəsinə səmimi minnətdarlıqlarını ifadə etmişlər.


Qeyd edək ki, bu cür sosial və mədəni tədbirlərin təşkili həmkarlar ittifaqı üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə, onların əmək fəaliyyətinə əlavə motivasiya qazanmalarına və həmkarlar ittifaqı həmrəyliyinin daha da gücləndirilməsinə xidmət edir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: