“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xətai rayonunun ümumi təhsil müəssisələrində “AHİK Plus” rəqəmsal platformasının təqdimatına həsr olunmuş maarifləndirici tədbirlər davam etdirilir

06/11/2026, 14:00
xeber1

3–6 noyabr tarixlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Xətai Rayon Komitəsinin əməkdaşlarının birgə iştirakı ilə rayon ərazisində yerləşən bir neçə ümumi təhsil müəssisəsində həmkarlar ittifaqı üzvləri üçün “AHİK Plus” rəqəmsal platformasının təqdimatına həsr olunmuş maarifləndirici görüşlər keçirilib.


Görüşlərin əsas məqsədi iştirakçıları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının həyata keçirdiyi “AHİK Plus” layihəsinin imkanları, istifadə qaydaları və üzvlərə təqdim etdiyi üstünlüklər barədə məlumatlandırmaq olub.


Təqdimatlar zamanı iştirakçılara platformanın əsas funksiyaları, qeydiyyat prosesi, sosial tərəfdaş müəssisələr tərəfindən təklif olunan endirim və güzəştlərdən yararlanma qaydaları izah edilib. Eyni zamanda, platforma vasitəsilə əldə edilən QR kodun istifadəsi, şəxsi kabinetin təhlükəsizliyi, endirimlərin tətbiqi şərtləri və texniki problemlərlə qarşılaşan üzvlərin müraciət edə biləcəyi əlaqə vasitələri barədə ətraflı məlumat verilib.


Qeyd edək ki, “AHİK Plus” platforması yalnız həmkarlar ittifaqı üzvləri üçün nəzərdə tutulmuş rəqəmsal tətbiqdir. Layihənin əsas məqsədi üzvlərin sosial rifahının yüksəldilməsinə dəstək olmaq, onların gündəlik həyatında əlavə imkanlar yaratmaq, sosial tərəfdaş müəssisələrin təqdim etdiyi endirim, bonus və xüsusi güzəştlərdən faydalanmalarına şərait yaratmaqdır.


ETİHİ Xətai Rayon Komitəsi üzvlərin sosial imkanlarının genişləndirilməsi, onların hüquq və imtiyazları barədə məlumatlılığının artırılması istiqamətində maarifləndirici tədbirləri davam etdirir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: