Xəbərlər
Xəzana düşən qönçə ümidlər

Səkinə Nizamiqızı (Mürsəlova Səkinə Nizami qızı) 11 noyabr 1982-ci ildə Göyçay şəhərində anadan olub. O, 2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin peşə təlimi fakultəsini bitirib. Həmin ildən Göyçay şəhər Mehman Muradov adına 4 nömrəli tam orta məktəbdə Texnologiya müəllimi işləyir.
O, Ali təhsil illərindən şeir yazır. Onun şeirləri ilk dəfə 2023-cü ildə "Göyçay" qəzetində işıq üzü görüb. Həmin vaxtdan müntəzəm olaraq qəzetdə şeirləri ilə çıxış edir.
Səkinə Nizamiqızı 2023-cü ildən xalq şairi Rəsul Rzanın Ev Muzeyində yaradılmış Rəsul Rza adına Göyçay Poeziya Klubunun fəal üzvüdür. Klubun məşğələlərində və təşkil etdiyi tədbirlərdə fəal iştirak edir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI, VII, VIII Qrant Müsabiqə qalibi, "2024-2025-ci tədris ilində məktəbəqədər qrupların təşkili" Qrant Müsabiqə qalibi
VI Qrant Layihə " Art terapiya ilə duyğularını daha aydın ifadə et"
VII Qrant Layihə "3D NAR FESTİVALI
VIII Qrant Layihə
"Göyçayın SAF-2024 Arduino şagirdləri" Qrant Müsabiqə qalibidir.
İctimai məktəbdaxili və şəhər, rayon Bayram tədbirlərində əl işləri sərgiləri ilə şəhərimizə gələn qonaqların, sərgi iştirakçıların gözünü oxşayıb, uğurla iştirak edib






