“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xəzər rayonu 156 nömrəli tam orta məktəbdə ETİHİ-nin İlk Həmkarlar İttifaqı Təşkilatının hesabat-seçki yığıncağı keçirilib

22/06/2026, 17:43
xeber1

Xəzər rayonu 156 nömrəli tam orta məktəbdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının İlk Həmkarlar İttifaqı Təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Yığıncaq zamanı təşkilatın fəaliyyəti müzakirə olunub, görülən işlər barədə məlumat verilib və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.


Tədbirin sonunda təşkilati məsələlərə baxılıb və səsvermənin nəticələrinə əsasən İlk Həmkarlar İttifaqı Təşkilatının sədri vəzifəsinə yeni sədr seçilib. Yeni sədrə gələcək fəaliyyətində uğurlar arzulanıb və həmkarlar ittifaqının fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində birgə əməkdaşlığın davam etdiriləcəyi bildirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: