Xəbərlər
Xəzər rayonu 26 nömrəli tam orta məktəbin kollektivi Lənkəran rayonunda ekskursiyada olub

İttifaq üzvlərinin sosial rifahının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə ETİHİ Xəzər Rayon Komitəsi tərəfindən Xəzər rayonu 26 nömrəli tam orta məktəbin kollektivi üçün Lənkəran rayonuna ekskursiya təşkil edilib.
Səfər iştirakçıları Lənkəranın zəngin təbiəti, özünəməxsus ab-havası və görməli məkanları ilə tanış olaraq maraqlı və mənalı istirahət keçiriblər. Ekskursiya kollektiv üzvlərinin birgə vaxt keçirməsinə, qarşılıqlı ünsiyyətin genişlənməsinə və əməkdaşlar arasında həmrəyliyin daha da güclənməsinə şərait yaradıb.
İştirakçılar göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirərək, bu cür sosial layihələrin davamlı həyata keçirilməsini yüksək qiymətləndirdiklərini vurğulayıblar.






