“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xəzər rayonunda “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş rəsm sərgisi keçirilib.

31/05/2025, 00:33
xeber1

30 may 2025-ci il tarixində ATİAHİ Xəzər Rayon Komitəsi, Bakı Şəhər Gənclər və İdman İdarəsi, Xəzər Gənclər Evi və sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin birgə təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş rəsm sərgisi təşkil olunub.


Tədbirin açılış mərasimində təşkilatçı qurumların nümayəndələri və qonaqlar çıxış edərək uşaqları bayram münasibətilə təbrik etmiş, onların cəmiyyətə inteqrasiyasının və yaradıcılıq potensialının inkişafının əhəmiyyətini vurğulamışlar.


Daha sonra danışıq və eşitmə qabiliyyəti məhdud uşaqların ifasında rəqs nömrələri və səhnəciklər təqdim olunub. Tədbirin sonunda iştirakçılar sağlamlıq imkanları məhdud uşaqların çəkdikləri rəsm əsərləri və əl işləri ilə tanış olublar.


Sərgi iştirakçılarının yaradıcılıq bacarıqları və sənətə olan maraqları yüksək qiymətləndirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: