Xəbərlər
Xəzər Rayonunda narkomaniyaya qarşı birgə mübarizə tədbiri keçirilmişdir.
17/10/2025, 16:06

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin təşkilatçılığı ilə 123 və 237 nömrəli məktəblərdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir.
Tədbirin məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təbliği, gənclərin zərərli vərdişlərdən qorunması və narkomaniya ilə mübarizədə ictimai məsuliyyətin artırılmasıdır.
Tədbirlər zamanı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitələrin fəsadları, hüquqi məsuliyyət və psixoloji təsirlər barədə geniş məlumat verilmişdir. Şagirdlər fəal şəkildə müzakirələrdə iştirak edərək öz fikirlərini bölüşdülər.










