“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xəzər rayonunun məktəblərində “Son zəng” tədbirləri keçirilib

13/06/2026, 23:43
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin sədri Nicat Cəlil və komitənin əməkdaşları Xəzər rayonunun 216, 121 və 26 nömrəli tam orta məktəblərində keçirilən “Son zəng” tədbirlərində iştirak ediblər.


Tədbirlər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Müsabiqədə I, II və III yerləri tutan şagirdlərə diplom və mükafatlar təqdim olunub.


Çıxışlar zamanı məzunlar, müəllimlər və valideynlər əlamətdar gün münasibətilə təbrik edilib, onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulanıb. Həmçinin vurğulanıb ki, şagirdlərin əldə etdikləri bilik və bacarıqlar onların gələcək fəaliyyətlərində mühüm rol oynayacaq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: