Xəbərlər
"Xidmət - iş" Həmkarlar İttifaqları Federasiyası tərəfindən "Qlobal istiləşmə və uyğunlaşmaya ədalətli keçid" mövzusunda seminar təşkil edilib.

28 fevral 2025-ci ildə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində "Xidmət - iş" Həmkarlar İttifaqları Federasiyası tərəfindən "Qlobal istiləşmə və uyğunlaşmaya ədalətli keçid" mövzusunda seminar təşkil edilib.
Tədbirdə çıxış edən “Xidmət – iş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov BMT-nin İqlim Dəyişməsi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) başa çatmasından sonra qlobal istiləşmə ilə əlaqədar təhsil sahəsində aparılan işlər barədə ətraflı məlumat verib. O, təhsil işçilərinin və şagirdlərin bu məsələyə diqqətinin artırılmasının və maariflənməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda Musiqi Məktəbinin şagirdləri Azərbaycan xalq musiqilərindən nümunələr ifa ediblər.





