“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xırdalan 1 nömrəli məktəbin kollektivi Şəkidə

30/06/2026, 21:23
xeber1


Xırdalan şəhər 1 nömrəli tam orta məktəb kollektivi üçün Şəki istiqamətində ekskursiya təşkil olunub.


Tarixi və mədəni irsi ilə seçilən Şəkiyə təşkil olunan səfər iştirakçılar üçün maraqlı və yaddaqalan anlarla yadda qalıb. Kollektiv üzvləri qədim şəhərin özünəməxsus memarlığı, zəngin ənənələri və füsunkar təbiəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.


Səfər müddətində müəllim və işçi heyəti arasında səmimi ünsiyyət, qarşılıqlı fikir mübadiləsi və mehriban münasibətlər daha da möhkəmlənib. Birlikdə keçirilən bu istirahət proqramı kollektiv ruhunun güclənməsinə və əməkdaşların motivasiyasının artmasına müsbət təsir göstərib.


İştirakçılar onlar üçün təşkil olunan ekskursiyaya və göstərilən diqqətə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: