Xəbərlər
Xırdalan 11 nömrəli məktəbin kollektivi Qubada
07/07/2026, 12:56

Xırdalan şəhər 11 nömrəli tam orta məktəb kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunub.
Ekskursiya zamanı iştirakçılar Qubanın görməli yerləri ilə tanış olub, təbiət qoynunda istirahət edərək asudə vaxtlarını səmərəli keçiriblər. Səfər kollektiv üzvləri arasında ünsiyyətin genişlənməsinə və işgüzar münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradıb.
İştirakçılar onlar üçün təşkil olunan ekskursiyaya görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin əməkdaşların istirahətinin təşkili və kollektiv həmrəyliyinin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.



