Xəbərlər
Xırdalan 17 saylı bağça kollektivi Qubada
24/06/2026, 19:42

Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçası kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunub.
Səfər zamanı iştirakçılar Qubanın zəngin təbiəti, gözəl mənzərələri və istirahət məkanları ilə tanış olub, xoş və yaddaqalan anlar yaşayıblar. Gəzinti kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, ünsiyyətin genişləndirilməsi və işgüzar münasibətlərin daha da möhkəmləndirilməsi baxımından faydalı olub.
Ekskursiya iştirakçıları onlar üçün təşkil olunmuş səfərə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin əməkdaşların sosial rifahına və kollektiv həmrəyliyinin gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.



