Xəbərlər
Xırdalan 23 nömrəli uşaq bağçasının kollektivi Şamaxıda

Xırdalan şəhər 23 nömrəli körpələr evi-uşaq bağçası kollektivi üçün Şamaxı rayonuna gəzinti təşkil olunub.
Gəzinti iştirakçılar üçün həm istirahət, həm də birgə vaxt keçirmək baxımından səmərəli olub. Səfər zamanı kollektiv üzvləri Şamaxının görməli məkanları ilə tanış olub, bölgənin təbii gözəlliklərini seyr edərək xoş təəssüratlar qazanıblar.
Birgə keçirilən gəzinti kollektiv üzvləri arasında ünsiyyətin və qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə şərait yaradıb. İştirakçılar onlar üçün təşkil olunan gəzintiyə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin əməkdaşların asudə vaxtının səmərəli təşkili və kollektiv həmrəyliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.



