“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xırdalan 26 nömrəli bağça kollektivi İsmayıllıda

24/06/2026, 19:18
xeber1

Xırdalan şəhər 26 nömrəli körpələr evi-uşaq bağçası kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub. Səfər iştirakçıların asudə vaxtının səmərəli təşkili, istirahətinin təmin edilməsi və kollektiv üzvləri arasında ünsiyyətin daha da möhkəmləndirilməsi məqsədi daşıyıb.


Gəzinti zamanı iştirakçılar İsmayıllının füsunkar təbiəti, gözəl mənzərələri və görməli məkanları ilə tanış olub, xoş və yaddaqalan anlar yaşayıblar. Səfər boyunca səmimi mühit və yüksək əhval-ruhiyyə iştirakçılarda xoş təəssüratlar yaradıb.


Ekskursiya iştirakçıları onlar üçün yaradılmış bu şəraitə görə ETIHI Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, belə tədbirlərin kollektiv üzvlərinin sosial rifahının yaxşılaşdırılması, istirahətinin təşkili və həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Sosial şəbəkələrdə paylaş: