Xəbərlər
Xırdalan 27 nömrəli uşaq bağçasının kollektivi Şamaxıda

Xırdalan şəhər 27 nömrəli körpələr evi-uşaq bağçası kollektivi üçün Şamaxı rayonuna ekskursiya təşkil olunub.
Ekskursiya iştirakçılar üçün həm istirahət, həm də yeni təəssüratlar qazanmaq baxımından səmərəli keçib. Səfər zamanı kollektiv üzvləri Şamaxının tarixi və təbii gözəllikləri ilə tanış olub, bölgənin görməli məkanlarını ziyarət edərək asudə vaxtlarını maraqlı şəkildə keçiriblər.
Gəzinti kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradıb. İştirakçılar təşkil olunan ekskursiyaya və göstərilən diqqətə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür sosial layihələrin davamlı həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.




