Xəbərlər
Xırdalan 3 saylı bağça kollektivi Qusarda
30/06/2026, 21:12

Xırdalan şəhər 3 saylı körpələr evi-uşaq bağçası kollektivi üçün Qusar rayonuna ekskursiya təşkil olunub.
Şimal bölgəsinin gözəl təbiəti və sərin ab-havası iştirakçılara xoş istirahət imkanı yaradıb. Qusarın mənzərəli guşələrini gəzən kollektiv üzvləri birlikdə maraqlı vaxt keçirərək yeni və yaddaqalan xatirələr qazanıblar.
Ekskursiya yalnız istirahət məqsədi daşımayıb, eyni zamanda kollektiv üzvləri arasında ünsiyyətin güclənməsinə, qarşılıqlı əməkdaşlıq və həmrəylik mühitinin daha da möhkəmlənməsinə xidmət edib. Səfər iştirakçıları onlar üçün yaradılmış bu şəraitə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, belə təşəbbüslərin davamlı olmasını arzuladıqlarını ifadə ediblər.




