“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xırdalan 5 nömrəli məktəbin kollektivi İsmayıllıya səfər edib

01/07/2026, 12:39
xeber1

Xırdalan şəhər 5 nömrəli tam orta məktəb kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.


Səfər iştirakçılar üçün həm istirahət, həm də yeni təəssüratlar qazanmaq baxımından əlamətdar olub. İsmayıllının yaşıllıqlarla zəngin təbiəti, dağ mənzərələri və sakit atmosferi kollektiv üzvlərinə xoş anlar yaşadıb. Birlikdə keçirilən vaxt qarşılıqlı ünsiyyətin daha da möhkəmlənməsinə və mehriban mühitin formalaşmasına töhfə verib.


Ekskursiya iştirakçıları bu cür tədbirlərin əməkdaşların sosial rifahına və kollektiv ruhunun gücləndirilməsinə müsbət təsir göstərdiyini vurğulayaraq, təşkil olunan səfərə görə ETİHİ Abşeron Rayon Komitəsinə səmimi təşəkkürlərini bildiriblər. Belə layihələrin gələcəkdə də davam etdirilməsini arzuladıqlarını qeyd ediblər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: