“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xırdalan 6 nömrəli məktəbin kollektivi Qusarda

30/06/2026, 20:40
xeber1

Xırdalan şəhər 6 nömrəli tam orta məktəb kollektivi üçün Qusar istiqamətində ekskursiya təşkil edilib.


Səfər çərçivəsində iştirakçılar Qusarın təbii gözəlliklərini seyr edib, rayonun füsunkar guşələrində istirahət edərək yaddaqalan anlar yaşayıblar. Gündəlik iş rejimindən uzaq, səmimi mühitdə keçirilən bu görüş kollektiv üzvlərinin bir-birini daha yaxından tanımasına və xoş ünsiyyət qurmasına imkan yaradıb.


Ekskursiya iştirakçıları göstərilən diqqət və qayğıya görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, belə təşəbbüslərin müəllim və işçi heyətinin sosial rifahına, motivasiyasına və kollektiv ruhunun güclənməsinə müsbət təsir göstərdiyini vurğulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: