“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xırdalan 9 nömrəli məktəbin kollektivi Qubada

01/07/2026, 12:45
xeber1

Xırdalan şəhər 9 nömrəli tam orta məktəb kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunub.

Səfər zamanı iştirakçılar Qubanın füsunkar təbiəti, səfalı guşələri və zəngin turizm imkanları ilə yaxından tanış olublar. Birlikdə keçirilən bu istirahət proqramı kollektiv üzvlərinə gündəlik iş fəaliyyətindən uzaqlaşaraq mənalı və yaddaqalan vaxt keçirmək imkanı yaradıb.

Ekskursiya çərçivəsində səmimi ünsiyyət, qarşılıqlı fikir mübadiləsi və xoş münasibətlər daha da möhkəmlənib. İştirakçılar bu cür təşəbbüslərin kollektiv ruhunun güclənməsinə mühüm töhfə verdiyini bildirərək, göstərilən diqqət və qayğıya görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini ifadə ediblər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: