“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xırdalan məktəbində maarifləndirici tədbir keçirilib

11/02/2026, 11:21
xeber1


10 fevral 2025-ci il tarixində Abşeron rayonunun Xırdalan şəhər 11 nömrəli tam orta məktəbində “Narkomaniya ümumbəşər bəladır” və “Kibertəhlükələrlə mübarizə” mövzularında geniş maarifləndirici tədbir təşkil olunub. Tədbir Abşeron Rayon Polis İdarəsinin təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov iştirak edib. O, çıxışında gənclərin sağlam və təhlükəsiz mühitdə formalaşmasının prioritet məsələ olduğunu vurğulayıb, narkomaniya və kibertəhlükələrə qarşı maarifləndirmə işinin davamlı xarakter daşımasının əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, məktəb, valideyn və cəmiyyət arasında sıx əməkdaşlıq gənclərin düzgün istiqamətdə inkişafına xidmət edir.


Tədbirdə Abşeron Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Qrupunun baş inspektoru, polis mayoru Elbrus Əhmədov, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mahərrəm İbadov, Abşeron Rayon Mərkəzi Xəstəxanasının narkoloq həkimi Ayxan Bağırov və Xırdalan şəhər Cümə məscidinin imam müavini Elnur Əzili çıxış ediblər.


Çıxışlarda narkomaniyanın gənclərin fiziki və psixoloji sağlamlığına təsiri, kiberməkanda mövcud risklər, təhlükəsiz davranış qaydaları barədə ətraflı məlumat verilib. Mövzular üzrə təqdimatlar nümayiş etdirilib, şagirdlərlə açıq dialoq formatında müzakirələr aparılıb.


Sonda şagirdlərin sualları cavablandırılıb, maarifləndirici tədbir yekunlaşıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: