Xəbərlər
Xırdalan şəhər 3 nömrəli məktəb kollektivi Qubada

Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin təşəbbüsü və təşkilatı dəstəyi ilə Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin kollektivi üçün 14 dekabr 2024-cü il tarixində Quba rayonuna bir günlük mədəni-istirahət səfəri təşkil edilib.
ETİHİ Abşeron Rayon Komitəsi tərəfindən həyata keçirilən bu tədbir, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, onların asudə vaxtının səmərəli təşkili və kollektiv daxili münasibətlərin inkişaf etdirilməsi məqsədi daşıyır. Gəzintidə məktəbin bütün pedaqoji və texniki heyəti iştirak edib. Bu səfər kollektiv üzvlərinin gərgin iş rejimindən kənar, səmimi və təbii bir mühitdə toplaşmasına şərait yaradıb. Kollektiv üzvləri qış mənzərələrinin fonunda keçirdikləri birgə vaxtdan zövq alıb, yeni il öncəsi müsbət enerji toplayıblar.
Bu təşəbbüs həm də həmkarlar ittifaqının təhsil işçilərinə göstərdiyi daimi diqqətin və qayğının təzahürüdür. Komitənin bu cür addımları kollektivin motivasiyasını yüksəldir və təhsil işçilərinin birlik ruhunu gücləndirir.
Xırdalan 3 nömrəli tam orta məktəbin kollektivi bu təşəbbüsə görə Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə dərin minnətdarlığını bildirdi.




