Xəbərlər
Xirmandali kənd X.Məmmədov adına tam orta ümumtəhsil məktəbinin sabiq müəllimi, şair-publisist Arif Fərzəlinin doğum günü

18 iyul 2025-ci il tarixdə Masalli rayon Mərkəzi Kitabxanasında Xirmandali kənd X.Məmmədov adına tam orta ümumtəhsil məktəbinin sabiq müəllimi, şair-publisist Arif Fərzəlinin doğum günü tədbiri keçirildi. Tədbirdə ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, "Masallı Ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, şair Məmməd Əvəzoğlu, təqaüddə olan jurnalist Zakir Abbas, Milli Məclisin deputatı M.Məmmədovun köməkçisi Əli Nağıyev, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları veteranları təşkilatının sədri Ramiz Tağııyev, I və II Qarabağ müharibələrinin veteranı Ədalət Hüseynov, ETİHİ Masallı Rayon Komitəsi Rəyasət Heyətinin üzvü Əkbər Mahmudov, jurnalistlər Akif Ağayev, Cəfər Cəfərov, sairin ailə üzvləri, qələm yoldaslari və digər ziyalilar iştirak edirdi. Tədbir, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsi yad edilməkə başladı. Çıxış üçün söz alan Elm və Təhsi İşçiləri Həmkarlar İttifaqi Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin salamlarını tədbir iştirakçılarına çatdirdi və şair-publisist Arif Fərzəlini doğum günü münasibətilə təbrik etdi. O, qeyd etdi ki, həmkarlar təşkilatı təkcə bu gün əhatə dairəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində çalişan ittifaq üzvlərinin deyil, eyni zamanda vaxtilə ittifaqımızın üzvü olan sabiq təhsil işçilərini də unutmur, diqqət və qayğısını onlardan əsirgəmir. Arif Fərzəli, uzun illər pedaqoji fəaliyyət gostərməklə yanaşi bədii yaradıcılıqla məşğul olan ziyalilarımızdandır. O, həm gənc nəslin təlim-tərbiyəsi , həm də rayonda icitmai fikrin formalaşması sahəsində sözünü demiş sənətkardir. Śairin yaradıcılığindan faydalanmaq üçün məktəblərdə onunla görüşlər təşkil edilməli, yaradıcılıq gecələri keçirilməlidir. Həmkarlar təşkilatı olaraq, yeni tədris ilində bu tədbirlərin keçirilməsinə çalışacağıq. Şairə yeni yaradıcılıq ugurları arzulayan Rasim Nurullayev ETİHİ Masallı Rayon Komitəsinin Fəxri Fərmanını və hədiyyəsini Arif Fərzəliyə təqdim etdi, ona yeni yaradıcılıq ugurları arzuladi.
Şair-publisist Arif Fərzəli öz növbəsində diqqət və qayğıya görə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevə və ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayevə minnətdarlığını bildirdi. Təbrik üçün söz alan digər çixışçılar da Arif Fərzəliyə səmimi arzularını bildirərək doğum günü münasibətilə onu təbrik etdilər.









