“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xocalı faciəsi şəhidinin ailəsi ziyarət olunub.

26/02/2026, 13:51
xeber1

Xocalı faciəsi zamanı şəhidlik zirvəsinə ucalmış Şəhid Kapitan Haqverdiyev David Məşdi oğlunun ailəsi ziyarət olunub. Ziyarət zamanı şəhidimizin həyat yoldaşı Haqverdiyeva Nazilə Rəşid qızı həmin gecə baş vermiş hadisələr barədə ətraflı məlumat verdi, ailələrinin yaşadığı ağır və unudulmaz anları dərin hüznlə xatırlatdı. Bildirildi ki, o faciəli hadisələr zamanı bir ailədən üç nəfər şəhid olub Kapitan Haqverdiyev David Məşdi oğlu, polis baş leytenantı Haqverdiyev Şahin və anaları Haqverdiyeva Həvva Zeynəlabdin qızı. Onların hər biri Vətənə sədaqət və qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik məqamına yüksəlib. Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi,onların keçdiyi şərəfli həyat yolundan və Vətən uğrunda göstərdikləri fədakarlıqdan bəhs olundu,qeyd edildi ki, belə qəhrəman ailələr xalqımızın qürur mənbəyidir və onların xatirəsi daim ürəklərdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: