“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xocalı faciəsini unutmadıq.

25/02/2026, 21:17
xeber1

Ölkəmizin hər yerində olduğu kimi, Xocalı faciəsinin 34 -cü ildönümü Ağstafa rayonunda da dərin ehtiramla qeyd olundu. Ağstafa şəhərinin mərkəzində Şəhidlər memorial abidə kompleksi ziyarət olunub. Anım tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Memorail kompleksin əbədi məşəli önünə əklil qoyulub, müqəddəs üçrəngli bayrağımızın üzərindəki ayparanı simvolizə edən abidənin üstünə qızılgül və tər qərənfillər düzülüb.Anım mərasimində faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: