Xəbərlər
“Xocalı faciəsinin 33-cü ildönümü Şabran rayonunda da qeyd edildi”

26 fevral 2025-ci il tarixində Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şabran şəhərinin Şəhidlər Xiyabanında anım mərasimi keçirildi.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, müharibə veteranları, məktəblilər və ictimaiyyət nümayəndələri,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsinin kollektivi də iştirak etdi.
Mərasim zamanı Xocalı soyqırımı zamanı həlak olanların və Vətənimizin müstəqilliyi, suverenliyi uğrunda şəhid olan bütün qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Şəhidlər Xiyabanında məzarlar üzərinə gül dəstələri düzülərək dualar oxundu.
Bir daha Allahdan Şəhidlərimizə rəhmət diləyir, şəhidlərimizin əziz xatirəsini daim uca tutacağımıza söz veririk!




