“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar olaraq UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi “Ana Harayı” abidəsini ziyarət ediblər.

11/03/2026, 15:45
xeber1

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Dövlət İqtisad

Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) kollektivi “Ana

Harayı” abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

THİK kollektivi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiram və hüznlə yad

edib, onların ruhuna dualar oxuyublar.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı

şəhərində dinc əhaliyə qarşı törədilmiş qanlı qətliam nəticəsində yüzlərlə günahsız insan

amansızcasına qətlə yetirilmişdir. Bu faciə Azərbaycan xalqının yaddaşına ən ağır və ağrılı

səhifələrdən biri kimi həkk olunmuşdur.

UNEC THİK nümayəndələri çıxış edərək bildiriblər ki, Xocalı faciəsinin dünya

ictimaiyyətinə çatdırılması, həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması və şəhidlərimizin

əziz xatirəsinin daim uca tutulması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Sonda vurğulanıb ki, Xocalı qurbanlarının xatirəsi heç zaman unudulmayacaq və onların əziz

ruhu daim ehtiramla anılacaqdır.

Allah hər birinə rəhmət eləsin.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: