Xəbərlər
Xocalı faciəsinin anım günü

ETİHİ Masallı Rayon Komitəsinin əhatə dairəsində olan Masallı rayonu üzrə təhsil sektorunun, rayonun məktəbəqədər və ümumtəhsil müəssisələrinin, Masallı Dövlət Regional Kollecinin və Masallı Peşə Məktəbinin kollektivləri Xocalı faciəsinin anım günü ilə bağlı rayon ərazisində yerləşən Qəhrəmanlar parkını ziyarət edərək soyqırım qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edib.
Ziyarət zamanı şəhidlərimizin ruhuna dualar oxunub, abidə önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Bundann əlavə rayonun ümumtəhsil məktəblərində Xocalı həqiqətlərinə həsr olunmuş müxtəlif tədbirlər, anım mərasimləri, ədəbi-bədii kompozisiyalar, inşa və rəsm müsabiqələri təşkil olunub.
Xocalı qurbanlarının xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
#Unutmadıq, unutmayacağıq!






