Xəbərlər
“Xocalı faciəsi”nin ildönümündən 33 il keçir.

“Xocalı faciəsi”nin ildönümündən 33 il keçir.
Yevlaxda Xocalı soyqırımının 33 -cü il dönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Yevlax Rayon Rəhbərliyi,rayonun hüquq - mühafizə orqanları,idarə və müəssisələrin rəhbərləri,əməkdaşları,MARTİ ,Yevlax Rayon Təhsil Sektoru,ATİAHİ Yevlax Rayon Komitəsi və ittifaq üzvləri,şəhid ailələrinin üzvləri,qazilər,müharibə veteranları,rayonda məskunlaşmış Xocalı sakinləri iştirak etmişlər.Tədbir zamanı Xocalı faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş,sonda Yevlax şəhər Şəhidlər Xiyabanında Xocalıda şəhid olmuş həmvətənlərimizin xatirəsinə inşa edilmiş abidə və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət etsin







