Xəbərlər
Xocalı-Qan yaddaşı!

26 Fevral Xocalı Soyqrımı ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi ittifaq üzvləri ilə birlikdə Şəhidlər xiyabanını ziyarət edərək “Ana harayı” abidəsi önünə tər qərənfillər düzüb, Xocalı qurbanlarının əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Anım tədbiri çərçivəsində komitə sədri əməkdaşlarla birlikdə təhsil sahəsində çalışan Xocalıdan olan iki ailəni də ziyarət edib. Görüş zamanı Xocalı faciəsini canlı şəkildə yaşamış ailə üzvü həmin gecənin dəhşətlərindən, yaşanan ağrı və itkilərdən danışıb.Daha sonra isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbəmizdən sonra işğaldan azad olunaraq suverenliyi tam bərpa olunan Xocalı şəhərinə qayıdışın sevincini paylaşıblar.













