“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xocalı rayon Təzəbinə kənd tam orta məktəbində həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib

23/09/2026, 14:59
xeber1

Elm Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocalı rayon komitəsinin sədri Təzəbinə kənd tam orta məktəbində həmkarlar ittifaqı üzvləri ilə görüş keçirib.

Görüş çərçivəsində məktəbin həmkarlar ittifaqı sədri və Təftiş Komissiyasının üzvləri seçilib.

Daha sonra həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin hüquq və vəzifələri, ittifaqın əməkdaşlarının sosial və əmək hüquqlarının müdafiəsində rolu barədə kollektivə ətraflı məlumat verilib. Həmçinin həmkarlar ittifaqının məktəbdə fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda kollektivin sualları cavablandırılıb, həmkarlar ittifaqı ilə üzvlər arasında qarşılıqlı əməkdaşlığın və əlaqələrin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: