“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xocalı rayon Xanyurdu kənd orta məktəbində həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib

23/09/2026, 15:12
xeber1

Elm Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocalı rayon komitəsinin sədri Xanyurdu kənd orta məktəbində olub və məktəbin həmkarlar ittifaqı üzvləri ilə görüş keçirib.

Görüş zamanı həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin hüquq və maraqlarının qorunması, sosial məsələlərin həllində ittifaqın rolu, eləcə də üzvlərin hüquq və vəzifələri barədə kollektivə ətraflı məlumat verilib.

Daha sonra məktəbdə həmkarlar ittifaqı sədri və Təftiş Komissiyasının üzvlərinin seçkisi keçirilib. Seçki prosesi iştirakçıların fəallığı şəraitində həyata keçirilib.

Görüş zamanı kollektivin təklif və fikirləri dinlənilib, həmkarlar ittifaqı ilə üzvlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: