“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Xocalı soyqırımı – insanlığa qarşı ağır cinayət” mövzusunda dəyirmi masa keçirilib

23/04/2026, 22:35
xeber1

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – insanlığa qarşı ağır cinayət” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə universitetin AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, ali təhsil müəssisəsində təhsil alan yerli və əcnəbi tələbələr iştirak ediblər.

Dəyirmi masa zamanı Xocalı faciəsinin tarixi, onun beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi və bu qanlı hadisənin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyəti barədə geniş müzakirə aparılıb. Çıxış edənlər Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıblar.

Tədbirin əsas məqsədi gənclər arasında tarixi həqiqətlərin təbliği, Xocalı faciəsi ilə bağlı məlumatlılığın artırılması və belə cinayətlərin bir daha təkrarlanmamasının vacibliyini diqqətə çatdırmaq olub.


Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: