“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.

27/02/2026, 10:35
xeber1

Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri Qarabağ Regional Təhsil İdarəsində keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Xocalı soyqırımı qurbanlarının və ümumilikdə Vətən uğrunda canından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Xocalı faciəsinin Azərbaycan tarixinin ən ağır və faciəli səhifələrindən biri olduğunu vurğulayıb, bu qanlı hadisənin xalqımızın yaddaşında silinməz iz buraxdığını bildirib. O, işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpasının və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirdə, həmçinin, Xocalı rayon sakini çıxış edərək faciə ilə bağlı xatirələrini bölüşüb, şəhidlərin xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıb.

Sonda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: