“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə tədbir keçirilib

26/02/2026, 15:47
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib. Rəsmi məlumatlarda göstərilir ki, Xocalı soyqırımı zamanı 613 nəfər vəhşiliklə, amansızcasına qətlə yetirilib. Onların arasında 106 nəfər qadın, 63 nəfər azyaşlı uşaq 70 nəfər qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil. 1000 nəfərdən artıq müxtəlif yaşlı sakin aldığı güllə və qəlpə yaralarından əlil olub.

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Faciə zamanı 1275 nəfər dinc sakinin girov götürülüb və onların indi də 150-nin taleyi məlum deyil. Cənab Prezidentimiz İlham Əliyevin xarici ölkə rəhbərləri ilə görüşlərində, bütün çıxış və nitqlərində dönə-dönə vurğuladığı kimi, beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı olaraq qəbul edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində qazandığı möhtəşəm qələbədən sonra yerdə qalan problemlərin sülh yolu ilə həlli üçün təşəbbüslərini davam etdirir.

Qeyd edək ki, şağirdlərin Xocalı soyqırımını əks etdirən müxtəlif rəsim əsərləri nümayiş olunub.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: