Xəbərlər
“Xocalı – tarixin silinməz yaddaşı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Xaçmaz rayonunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “Xocalı – tarixin silinməz yaddaşı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində məktəblilərin soyqırıma həsr etdikləri rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və Xocalıda həyatlarını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Xalq Teatrının yaradıcı kollektivi və məktəblilərin birgə hazırladığı “Xocalı – tarixin silinməz yaddaşı” adlı səhnələşdirilmiş kompozisiyada 1992-ci ilin fevral gecəsi Xocalıda baş verən dəhşətlər, dinc sakinlərin qarşılaşdığı cinayətlər bədii dillə səsləndirilib.
Səhnə əsərində şəhidlərimizin qanının yerdə qalmadığı və Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Xocalı şəhərinin separatçılardan təmizlənməsi, Xocalı sakinlərinin yenidən doğma yurdlarına qayıtması sevinc hissi ilə qeyd olunub.







