Xəbərlər
Yaddaqalan ekskursiya.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhəri Alı Mustafayev adına 5 nömrəli tam orta ümumi təhsil məktəbinin kollektivi üçün Qax və Oğuz rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, istirahətlərinin təmin edilməsi, eləcə də ölkəmizin zəngin tarixi, mədəni və təbii irsi ilə yaxından tanış olmaları üçün əlverişli şərait yaratmaq olub.
Səfər zamanı iştirakçılar Qax və Oğuz rayonunun füsunkar təbiəti, tarixi-mədəni abidələri və görməli məkanları ilə tanış olub, bölgənin turizm potensialını yaxından izləmək imkanı əldə ediblər.
Məktəb kollektivi ekskursiyanın yüksək səviyyədə təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib. İştirakçılar bu cür ekskursiyaların kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkilinə, mənəvi istirahətinə və kollektiv həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.








