Xəbərlər
Yanan ev,sönməyən ümid

Göyçay rayonunun Çərəkə kəndində yaşayan, evi yanaraq ağır vəziyyətə düşən müəllim haqqında bir müddət əvvəl məlumat verilmişdi. Hadisədən sonra ETİHİ olaraq bu ailənin yanında olduğumuzu bildirmiş və ilk mərhələdə dəstək göstərmişdik.
Bu gün Elm və Təhsil İşçiləri Göyçay Rayon Komitəsinin təşəbbüsü və bir qrup həmkarın iştirakı ilə müəllim və ailəsi ilə yenidən görüş keçirildi. Görüş zamanı ailəyə soyuducu və müəyyən məbləğdə maddi yardım təqdim olundu. Məqsədimiz bu çətin dönəmdə müəllim həmkarımıza və ailəsinə mənəvi və maddi dəstək olmaq, onların tək olmadığını bir daha hiss etdirməkdir.
ETİHİ olaraq hesab edirik ki, müəllim yalnız sinif otağında deyil, həyatda da tək qalmamalıdır. Belə hadisələr zamanı təhsil ictimaiyyətinin bir araya gəlməsi həm peşə həmrəyliyinin, həm də insanlıq dəyərlərinin bariz nümunəsidir.
Bu xeyirxah təşəbbüsdə iştirak edən, dəstək verən bütün həmkarlarımıza təşəkkür edirik. Birlikdə daha güclüyük və bu cür sosial həssas hallarda birliyimizi davam etdirəcəyik












