Xəbərlər
Yanıq Ələz kənd ümumi orta məktəbində baharın müjdəçisi olan Yel çərşənbəsi qeyd olunmuşdur

10 mart 2026-cı il tarixində Siyəzən rayonunun ucqar kəndlərindən biri olan Yanıq Ələz kəndində yerləşən Yanıq Ələz kənd ümumi orta məktəbində baharın müjdəçisi olan Yel çərşənbəsi qeyd olunmuşdur.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Vüsal Əliyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektoru üzrə müdiri Elşad Sultanov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin sədri Gülər Babayeva iştirak etmişlər.
Ucqar kənddə qarlı və küləkli hava şəraitinin olmasına baxmayaraq, məktəb kollektivi tədbiri böyük həvəslə təşkil etmişdir. Milli adət-ənənələrimizi əks etdirən tədbirdə şagirdlərin ifa etdikləri rəqslər və hazırladıqları səhnəciklər proqramı daha da rəngarəng etmişdir.
Tədbir çərçivəsində kollektivin səmərəli fəaliyyətinə görə fərqlənən 3 müəllimə təşəkkürnamə və gül dəstələri təqdim olunmuşdur.
Sonda məktəb kollektivinin hər bir üzvünə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Vüsal Əliyev tərəfindən hədiyyələr təqdim edilmişdir.



























