Xəbərlər
Yanvar ayında yollayışlardan yararlananların statistikası
03/02/2026, 18:25

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yanvar ayında ittifaq üzvlərinə sanatoriya-kurort yollayışları təqdim edərək onların Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyindəki müalicə və istirahət mərkəzlərindən faydalanmasını təmin edib.
Ay ərzində ümumilikdə 449 nəfər yollayışdan yararlanıb. Onların 216 nəfəri ittifaq üzvü, qalanları isə ailə üzvləridir.
Yanvar ayında ilk həmkarlar təşkilatlarının sədrləri üçün keçirilən proqram çərçivəsində ailə üzvləri ilə birlikdə 92 nəfər 3 günlük müalicə paketindən yararlanıb.
Bununla yanaşı, rayon və şəhər komitələrinin təşkil etdiyi ekskursiyalara 165 nəfər ittifaq üzvü cəlb edilib.



