“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Yaradıcılıq və innovasiya mövzusunda görüş

21/04/2026, 12:34
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən Ağdam rayon Xındırıstan kənd 2 nömrəli körpələr evi-uşaq bağçasında Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü münasibətilə maarifləndirici tədbir keçirildi.

Tədbirdə çıxış edən ETİHİ Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov iştirakçılara yaradıcılıq və innovasiyanın təlim-tərbiyə prosesində rolu, gündəlik işdə tətbiq oluna biləcək sadə və effektiv üsullar, həmçinin müəllim və tərbiyəçilərin özünüinkişaf imkanları barədə məlumat verdi.

Eyni zamanda həmkarlar ittifaqının fəaliyyəti, üzvlərə göstərilən hüquqi və sosial dəstək, əmək hüquqları ilə bağlı əsas məsələlər izah olundu.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı, fikir mübadiləsi aparıldı.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: