Xəbərlər
Yaradullu kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirildi.

Ağstafa rayonunun sərhəd kəndlərindən olan Yaradullu kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirildi. Görüş səmimi və işgüzar şəraitdə baş tutdu.Kollektiv böyük məmnunluq hissi ilə qeyd etdi ki, bu gün Azərbaycan sürətlə inkişaf edən, sabit və firavan bir dövlətdir. Müəllimlər vurğuladılar ki, vaxtilə kənd atəş altında qaldığı çətin günləri yaşasa da, artıq həmin qorxulu günlər geridə qalıb. Şükürlər olsun ki, bu gün heç bir təhlükə və narahatlıq olmadan, tam əmin-amanlıq şəraitində təhsil və tədris prosesini davam etdirirlər.
Kollektiv ölkəmizdə yaradılan sabitlik və təhlükəsizliyə görə İlham Əliyev cənablarına dərin təşəkkürlərini ifadə etdi. Bildirildi ki, bu gün sərhəd kəndlərində yaşayan və çalışan insanlar artıq qorxusuz şəkildə öz fəaliyyətlərini həyata keçirir, gələcəyə inamla baxırlar.
Eyni zamanda, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Araz Pashayev rəhbərlik etdiyi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlıqlar bildirildi. Həmkar üzvləri xüsusi vurğuladılar ki, son bir il ərzində həmkar üzvlərinə göstərilən diqqət və qayğı daha da artıb, sosial müdafiə və dəstək tədbirləri yüksək səviyyədə həyata keçirilir.Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq istiqamətində müzakirələrlə yekunlaşdı.






