Xəbərlər
Yardımlı rayonunun ümumtəhsil müəssisələrində Zəfər Günü qeyd olunub
06/11/2026, 10:24

06 noyabr tarixində 8 Noyabr – Zəfər Günü münasibətilə Yardımlı rayonunun ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində şagirdlər tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, mahnılar ifa olunub, maraqlı və əyləncəli səhnəciklər, rəngarəng bədii çıxışlar təqdim edilib.
Şagirdlərin sevinc və qürur hissi ilə iştirak etdiyi tədbirlərdə xalqımızın tarixi Zəfəri, qəhrəman şəhidlərimizin əziz xatirəsi və Vətən müharibəsində qazanılmış Böyük Qələbənin əhəmiyyəti vurğulanıb.
Bu tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, Zəfər tariximizin şagirdlərə aşılanmasına xidmət edir.






















